Polşa iki rusiyalı sahibkara qarşı sanksiya tətbiq edib

Polşa iki rusiyalı sahibkara qarşı sanksiya tətbiq edib backend

Polşa hakimiyyəti “Svetofor” mağazalar şəbəkəsinin sahibləri Sergey və Andrey Şnayder qardaşlarına qarşı sanksiyalar tətbiq edib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat Polşa Daxili İşlər Nazirliyinin saytında aprelin 25-də dərc edilib.

Qərarın səbəbi iş adamlarının Ukrayna sanksiyaları altında olmasıdır. Şnayder qardaşları Polşada “MyPrice” mağazalar şəbəkəsi açıb və şirkəti “Torgservis.pl” adı altında qeydiyyatdan keçiriblər.

“Forbes”in məlumatına görə, Sergey Şnayderin sərvəti 1,4 milyard dollar qiymətləndirilir.

QAZİLER.AZ

Diaspora