İspaniyanın elektrik şəbəkəsi qəfildən cəmi 5 saniyə ərzində 15 giqavat elektrik enerjisini itirib.
“Report”un “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu İspaniya hökumətinin sədri Pedro Sançes deyib.
“Kütləvi enerji kəsilməsinin səbəblərinə gəlincə, texniki mütəxəssislərin bizə bildirdiyinə görə, bu səhər yerli vaxtla saat 12:33-də (Bakı vaxtı ilə 14:33) cəmi 5 saniyə ərzində sistemdən 15 giqavat enerji hasilatı qəfil itirilib”, - baş nazir qeyd edib.
Bunun əvvəllər heç vaxt baş vermədiyini deyən Pedro Sançes, bu həcmin milli tələbatın 60%-nə bərabər olduğunu bildirib.