"İstanbul qısa zamanda zəlzələlərə hazır olmalıdır - Ərdoğan

"İstanbul qısa zamanda zəlzələlərə hazır olmalıdır - Ərdoğan backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində abadlıq layihəsinin həyata keçirilməsi üçün təcili işlərin aparılmasının vacibliyini açıqlayıb.

Qaziler.az bu barədə “TRT Haber” telekanalına istinadla xəbər verir.

"Bizim vəzifəmiz, hadisə qapımızı döyməzdən əvvəl, şəhəri mümkün qədər tez bir zamanda zəlzələyə hazırlamaqdır. Bunun üçün gücümüzü birləşdirməli və birlikdə hərəkət etməliyik", - deyə Ərdoğan Ankarada sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Onun sözlərinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, 16 milyon əhalisi olan şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb. "13 saniyə davam edən zəlzələ nəticəsində 236 vətəndaşımız, o cümlədən İstanbulda 173-ü əsasən panika səbəbindən yüngül xəsarətlər alıb. 1903 binaya cüzi ziyan dəyib”, - Ərdoğan qeyd edib.

Daha əvvəl qeyd edilib ki, Türkiyə hakimiyyəti beş il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır. Eyni zamanda, 600 min zəlzələyə davamlı ev tikilməlidir. Ümumilikdə İstanbulda 6 milyonu yaşayış olmaqla 7,5 milyona yaxın ev var.

QAZİLER.AZ

Diaspora