“Pakistan Hindistanla növbəti münaqişədən sonra strateji qərarlar qəbul edib. Lakin nüvə silahından istifadə son çarədir”.
Qaziler.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavadca Məhəmməd Asif “Reuters” agentliyinə müsahibəsində deyib.
"Biz qoşunlarımızı gücləndirmişik, çünki bu, qaçılmaz bir şeydir. Bu vəziyyətdə bəzi strateji qərarlar qəbul edilməlidir və bu qərarlar qəbul edilib", - Asif Hindistanla münaqişəni şərh edərkən vurğulayıb.
O əlavə edib ki, Hindistanın ritorikası daha sərtləşib və Pakistan ordusu Hindistanın hücumu ehtimalı barədə hökuməti məlumatlandırıb.
Nazir Hindistanın işğalının qaçılmaz olduğuna inanmasının səbəbləri haqqında da təfərrüata varmayıb.
Asif Pakistanın yüksək hazırlıq vəziyyətində olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkə nüvə silahı arsenalından yalnız "onun mövcudluğuna birbaşa təhlükə olduqda" istifadə edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Kəşmir bölgəsində silahlılar bir qrup turistə hücum etmişdilər. Şahidlərin sözlərinə görə, terrorçular yalnız hinduizmi qəbul edənləri öldürüblər.
QAZİLER.AZ