Zelenski Putinin "may atəşkəsi"nə CAVAB VERİB

Zelenski Putinin "may atəşkəsi"nə CAVAB VERİB backend

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin may ayında elan etdiyi atəşkəsə cavab verib.

Qaziler.az xəbər verir ki, Ukrayna liderinin videomüraciəti onun “Telegram” kanalında yayımlanıb.

Onun fikrincə, atəşkəs növbəti manipulyasiya cəhdidir. Zelenski sualla müraciət edib: “Niyə hamı mayın 8-nə qədər gözləməlidir və yalnız onda atəş dayandırılmalıdır ki, parad zamanı Putinin sakitliyi təmin edilsin?”

O əlavə edib ki, Ukrayna paradlara deyil, insanların həyatına dəyər verir.

Zelenski ən azı 30 gün ərzində “dərhal, tam və qeyri-şərtsiz atəşkəsə” çağırıb. Prezidentin sözlərinə görə, “bu, əsl diplomatiyaya əsas verə bilər”.

Qeyd edək ki, aprelin 28-də Putin Qələbənin 80-ci ildönümünün qeyd olunduğu müddətdə atəşkəs elan edib. Mayın 7-8-i gecə yarısından 10-11-i gecə yarısınadək qüvvədə olacaq. Kremlin mətbuat xidməti bu müddət ərzində Ukrayna tərəfinin də atəşkəs rejiminə əməl edəcəyini gözlədiyini bildirib.

QAZİLER.AZ

Diaspora