İspaniyanın Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsi fonunda ölkədə fövqəladə vəziyyət elan edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İdarə fövqəladə vəziyyətin müraciət edən rayonlarda tətbiq ediləcəyini vurğulayıb.
Nəşr qeyd edir ki, hazırda Madrid, Andalusiya və Ekstremadura mərkəzi hökumətdən ictimai asayişi və digər funksiyaları öz üzərinə götürməyi xahiş edib.
Aprelin 28-də İspaniya, Portuqaliya və Fransanın Pireney yarımadası ilə həmsərhəd bölgələrində elektrik enerjisinin qəfil və geniş şəkildə kəsilməsi baş verib. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil, texnoloji qəzadan tutmuş kiberhücuma qədər müxtəlif versiyalar nəzərdən keçirilir. Şəhərlərdə işıqforlar, metro və hava limanları işləmir, dəmir yolu xidməti və avtomobil tunellərində nəqliyyatın hərəkəti dayandırılıb. Demək olar ki, bütün banklar, kafe və mağazalar bağlanıb, sakinlərin evlərində işıq yoxdur, mobil rabitədə fasilələr yaranıb.
QAZİLER.AZ