“Ukrayna hakimiyyəti öz ordusuna tam təsir göstərə bilmir”.
Qaziler.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “Rossiya 1” telekanalına açıqlamasında deyib. Bununla bağlı Peskov qeyd edib ki, Kiyev Ukrayna Silahlı Qüvvələri tərəfindən may ayında atəşkəs rejiminə tam əməl olunmasına zəmanət vermək gücündə deyil.
“Biz sizinlə dəfələrlə görmüşük ki, Kiyev rejimi bütün bölmələrinə tam təsir edə bilmir və buna görə də təbii ki, Kiyev rejimi Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti atəşkəs rejiminə əməl edəcəyinə zəmanət verməkdə çətinlik çəkəcək”, - Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, dövlət başçısı Vladimir Putinin elan etdiyi atəşkəs xoşməramlılıq jestidir. Müvəqqəti atəşkəs mayın 8-i saat 00:00-dan mayın 11-i gecə saat 00:00-dək davam edəcək.
QAZİLER.AZ