Pakistan Hindistanı hədələdi: "Onları da eyni aqibət gözləyir"

Pakistan Hindistanı hədələdi:  "Onları da eyni aqibət gözləyir" backend

Pakistan Yeni Dehlini Pakistanın hava məkanına daxil olmaması barədə xəbərdarlıq edib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavadca Asif Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda bildirib.

“Biz bunu üç-dörd il əvvəl onların təyyarəsi Pakistan ərazisi üzərində vurulanda etdik və pilotu əsir götürdük, daha sonra təhvil verilib, evinə göndərildi. Onları da eyni aqibət gözləyir. Qoy onlar Pakistanın hava məkanını pozsunlar, biz onu qoruyacağıq, onlar isə bizim onu ​​necə qoruduğumuzu xatırlayacaqlar”, - Asif deyib.

QAZİLER.AZ

Diaspora