2025-ci ilin aprel ayının əvvəlindən Çin 280 min tondan çox mayeləşdirilmiş təbii qazı (MTQ) yenidən ixrac edib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” dərc edib.
Mənbənin sözlərinə görə, bu həcm aylıq idxalın 7,7%-ni təşkil edir. Mavi yanacağın yenidən satılması qazın lazımsız olması ilə izah edilir.
Mayeləşdirilmiş təbii qazın profisiti mülayim qış və tələbatın azalmasına səbəb olan ehtiyatlar nəticəsində yaranıb. Agentlik qeyd edir ki, qazın xaricdə nisbətən baha olması idxalçılara pul qazanmağa imkan verir. Lakin yanacaq alışında azalma aprel ayında da davam edib və artıq altıncı aydır ki, qazın alış aktivliyində azalma müşahidə olunur.
Eyni zamanda, Çin nadir hallarda mayeləşdirilmiş təbii qazı yenidən satır. Sonuncu dəfə bir sıra partiyalar 2024-cü ilin yanvarında təkrar ixrac edilib.
QAZİLER.AZ