Varşava üzərində uçan naməlum təyyarə səmada qəribə izlər çəkib

Varşava üzərində uçan naməlum təyyarə səmada qəribə izlər çəkib backend

Naməlum kiçik təyyarə Varşava üzərində uçaraq səmada sirli işarələr çəkib.

Qaziler.az xəbər verir ki, bu haqda “Gazeta.pl” “Flightradar 24”ə istinadən məlumat yayıb.

Təyyarə Varşava-Modlin hava limanından havaya qalxaraq, dörd saat ərzində səmada ziqzaq işarələr çəkib. Günortadan sonra təyyarə daha iki saatlıq uçuş edib.

Jurnalistlərin fikrincə, təyyarə Polşa paytaxtının aerofotoqrafiyası və məkan məlumatlarının toplanması ilə məşğul olub. 2022-ci ildə təyyarə oxşar məqsədlə artıq Varşava üzərində uçuş edib. Lakin həmin vaxt şəhər rəhbərliyi uçuşla bağlı xəbərdarlıq etmişdi. Bu dəfə isə heç bir bildiriş dərc olunmayıb.

Məlumatda qeyd olunub ki, bir neçə il əvvəl oxşar uçuşlar Polşanın digər şəhərləri, o cümlədən Krakov və Qdansk üzərində də həyata keçirilib.

QAZİLER.AZ

Diaspora