ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makrona ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü tərk etməyi deməyib.
Qaziler.az bildirir ki, bu barədə "The Telegraph" yazır.
Ötən həftə sonu Vatikanda Roma Papasının dəfn mərasimində Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla qısa görüş keçirib.
Mediada Fransa prezidenti Emmanuel Makronun Tramp və Zelenskiyə söhbətindən əvvəl yaxınlaşdığını əks etdirən video yayılıb. Videoda o da görünür ki, Müqəddəs Pyotr kilsəsinin zalında əvvəlcə üç stul yerləşdirilir.
Bu, Makronun da Trampla Zelenski arasındakı söhbətə qatılmaq istədiyi barədə fərziyyələrə səbəb olub. Lakin sonra üçüncü stul götürülüb.
"The Sun" videonu təhlil edib və guya onun dodaqlarından Trampın Makrona dediyini oxuyub: “Sənlik burada bir şey yoxdur, mənə sənin xidmətin lazımdır: burada olmağına ehtiyac yoxdur”.
Əslində nə baş verib?
"The Telegraph" xəbər verir ki, onların Yelisey sarayındakı mənbəsi Trampın Makronu qovması ilə bağlı iddiaları təkzib edib.
Onların təkbətək söhbəti zamanı Trampın Zelenski ilə söhbətinə Rusiyanın mülki şəxslərə hücumlarını “iyrənc” adlandırmaqla başladığı bildirilir.
Söhbətin dəqiq xarakteri müxtəlif cür şərh oluna bilsə də, fransız diplomatik mənbələri kürsünün cənab Makron üçün deyil, tərcüməçi üçün nəzərdə tutulduğunu açıqlayıb və istənilən gərginliyi azaldıb.
"İnsanlar üçüncü kresloya görə baş sındırırlar. O, tərcüməçi üçün nəzərdə tutulmuşdu, lakin nəticədə təkbətək oldu", - mənbə The Telegraph-a bildirib.
QAZİLER.AZ