Kanadada avtomobil izdihamın üzərinə sürülüb, 9 nəfər ölüb - YENİLƏNİB

Kanadada avtomobil izdihamın üzərinə sürülüb, 9 nəfər ölüb - YENİLƏNİB backend

Kanadanın Vankuver şəhərində festival zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə Vankuver polisi "X" səhifəsində məlumat yayıb.

Vankuver polisi Filippin Lapu-Lapu festivalında yolsuzluq avtomobilinin izdihamın üzərinə sürməsi nəticəsində 9 nəfərin öldüyünü təsdiqləyib.

09:56

Kanadanın Vankuver şəhərində festivalda avtomobil izdihamın üzərinə sürülüb, ölən və yaralananlar var.

“Report” xəbər verir ki, bu barədə şəhər polisi sosial şəbəkədə məlumat yayıb.

“Axşam saat 20:00 radələrində (Bakı vaxtı ilə 7:00) sürücünün avtomobili küçə festivalında izdihamın üzərinə sürməsi nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Sürücü saxlanılıb”, – məlumatda deyilir.

Faktla bağlı araşdırma aparılır.

Diaspora