Ukrayna yepiskopu Fransiskin yerinə Papa seçilə bilər

Ukrayna yepiskopu Fransiskin yerinə Papa seçilə bilər backend

Ukrayna yepiskopu Nikolay Bıçok yeni Papa seçilə bilə.

Bizim.Media xəbər verir ki, bu barədə “CrisisMagazine” məlumat yayıb.

45 yaşlı keşiş Fransiskin ölümündən sonra konklavda iştirak edəcək yeganə ukraynalıdır. 2024-cü ilin dekabrında mərhum Papa Fransisk onu Katolik Kilsəsinin ən gənc kardinalı elan etmişdi.

Bıçok Melburndakı UGCC yeparxiyasına rəhbərlik edir və Avstraliya və Okeaniyadakı Ukrayna diasporuna cavabdehdir.

Yeni Papa ilə bağlı yekun qərar may ayında veriləcək.

Qeyd edək ki, Roma Papası Fransisk 89 yaşında vəfat edib və bu gün Vatikanda dəfn edilib.

Diaspora