Kanadalıların yarısı ABŞ-la münasibətlərin ölkənin ən böyük problemi hesab edir

Kanadalıların yarısı ABŞ-la münasibətlərin ölkənin ən böyük problemi hesab edir backend

Kanadalıların 50%-i Ottava ilə Vaşinqton arasındakı münasibətləri ölkə üçün ən aktual problem adlandırıb.

Qaziler.az bildirir ki, bu barədə aprelin 25-də sorğunun məlumatlarına istinadən "YouGov" şirkəti məlumat verib.

"YouGov-un son sorğusu, kanadalılar üçün əsas problemin ABŞ və Kanada arasındakı münasibətlər olduğunu göstərdi və kanadalıların yarısı (50%) bunun ölkənin üzləşdiyi əsas üç problemdən biri olduğunu söylədi", - təşkilatın saytında yer alan məlumatda deyilir.

Kanadalıların təqribən 33%-i mənzil, inflyasiya və səhiyyənin ölkənin əsas qayğıları olduğunu deyir.

Kanadalıların daha 14%-i daha çox miqrasiya siyasəti və ətraf mühitlə bağlı narahat olduqlarını bildirib.

QAZİLER.AZ

Diaspora