Krımın Rusiya ərazisi kimi tanınması saatlı bomba olacaq - Litva prezidenti

Krımın Rusiya ərazisi kimi tanınması saatlı bomba olacaq -  Litva prezidenti backend

Rusiyanın Krım üzərində nəzarətinin hüquqi müstəvidə mümkün tanınması saatlı bomba olardı. Bu "qırmızı xətt"dir.

Qaziler.az LRT-yə istinadən xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda deyib.

O, Avropanın Krımla bağlı mövqeyinin son dərəcə aydın olduğunu vurğulayıb.

"Əgər biz (Vaşinqton tərəfindən - red.) təklif olunanı yerinə yetirsək və Krımı de-yure Rusiya kimi tanısaq, bu,  partlayan və hər zaman partlayacaq saatlı bomba olacaq. Keçilməyəcək qırmızı xətlər məhz buradadır", - Nauseda bildirib.

Prezident əlavə edib ki, bu cür təkliflərlə bağlı ilk növbədə hücuma məruz qalan Ukraynanın özündən soruşmaq lazımdır.

O əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyi oxşardır və Litva bunu dəstəkləyir.

QAZİLER.AZ

Diaspora