Qananın paytaxtı Akkrada bu il vəba epidemiyası 13 nəfərin həyatına son qoyub.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Böyük Akkra Regional Səhiyyə Müdirliyindən verilən açıqlamada Akkrada ilin əvvəlindən bəri vəba epidemiyasının yayıldığı bildirilib.
Açıqlamada, sözügedən dövrdə Akkrada 200-dən çox vəba hadisəsinin görüldüyü, epidemiya səbəbiylə 13 nəfərin həyatını itirdiyi bildirilib.
Açıqlamada bölgədə vəba epidemiyası ilə mübarizə çərçivəsində pulsuz müalicəyə başlanıldığı bildirilib.
Qida və su ilə ötürülən “vibrio” bakteriyalarının yaratdığı vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilir.
QAZİLER.AZ