Berlin hakimiyyəti 8 və 9 may Böyük Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş anım tədbirlərində Rusiya və Sovet simvollarından istifadəni qadağan etməyi planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə aprelin 25-də Berliner Morgenpost qəzeti məlumat yayıb.
Nəşrin istinad etdiyi hökumətin sərəncamına əsasən, qadağa Rusiya, sovet və Belarus bayraqlarına, hərbi geyim və ya onların elementlərinə, hərbi fərqlənmə nişanlarına, üzərində Z və V hərfləri olanlara, Georgi lentlərinə şamil ediləcək.
Berlin polisi bildirib ki, onların əsas məqsədi sovet abidələrində zorakılığın qarşısını almaq və anım tədbirlərini siyasiləşdirmək cəhdlərinin qarşısını almaqdır.
"Biz təhlükəsiz nümayişlərin və toplaşmaq azadlığının qorunmasını təmin etmək üçün münaqişənin qarşısının alınması üçün ehtiyat tədbirləri görürük", - deyə hüquq-mühafizə orqanı rəsmisi bildirib.
QAZİLER.AZ