Putin Trampın nümayəndəsi ilə görüşüb - YENİLƏNİB

Putin Trampın nümayəndəsi ilə görüşüb - YENİLƏNİB backend

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb.

Apa-nın Moskva müxbiri xəbər verir ki, Uitkoffun olduğu avtomobil karvanı danışıqlardan sonra Kremli tərk edib.

Putinlə Trampın xüsusi nümayəndəsi arasında görüş üç saata yaxın davam edib.

15:45

Rusiya prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşü başlayıb.

Apa TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, əlavə edib ki, danışıqların gündəmini Ukrayna problemi təşkil edəcək:

“Problemin substansiyası çox mürəkkəbdir. Buna görə də belə görüşlərə bu qədər çox vaxt tələb olunur”.

Diaspora