“Ukraynada davamlı sülh ancaq mənim prezidentliyim dövründə mümkündür”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Amerika lideri Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.
Ağ Ev sahibinin fikrincə, ABŞ-nin heç bir başqa prezidenti Ukrayna münaqişəsini həll edə və onun yenidən yaranmasının qarşısını ala bilməyəcək.
“Düşünürəm ki, mən prezident olduğum müddətdə, çox güman ki, Ukraynada sülhün bərqərar olması mümkündür. Əgər prezident başqasıdırsa, bu mümkün deyil”, - respublikaçı vurğulayıb.
QAZİLER.AZ