Ukrayna dərhal Rusiya ilə danışıqlar masasına oturmağa hazırdır, lakin bunun baş verməsi üçün tam atəşkəs elan edilməlidir.
Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir. Bu məlumat Ukrayna və Avropa nümayəndələrinin danışıqları zamanı irəli sürdüyü təkliflər paketində verilir.
Təkliflərdə deyilir ki, Rusiya və Ukrayna qoşunları atəşkəs rejiminə qarşılıqlı şəkildə riayət etməlidirlər. Moskva və Kiyev həmçinin ABŞ və Aİ ölkələrinin iştirakı ilə vəziyyətin həlli ilə bağlı məsələlərin texniki aspektlərini müzakirə etmək üçün dərhal dialoqa başlamağa borcludurlar, sənəddə qeyd olunur. Təşəbbüsün müəllifləri “hamı hamıya” sxeminə uyğun olaraq tərəflər arasında hərbi əsirləri dəyişdirmək niyyətindədirlər. Yalnız tam atəşkəs əldə edildikdən sonra ərazi nüanslarının müzakirəsi təklif olunur.
QAZİLER.AZ