Putinin Uitkoffla görüşünün ilk görüntüləri yayıldı - VİDEO

Putinin Uitkoffla görüşünün ilk görüntüləri yayıldı - VİDEO backend

Moskvada Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında danışıqlar başlayıb.

Qaziler.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı kadrlarda Rusiya liderinin yüksək rütbəli xarici qonaqla gülümsəməsi və əl sıxması əks olunub.

“Rusiya prezidenti Vladimir Putin Kremldə prezident Trampın nümayəndəsi Stiv Uitkovu qəbul edir”, - Kremlin sözçüsü Dmitri Peskov xəbəri təsdiqləyib.

Danışıqlarda prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də iştirak edir.

QAZİLER.AZ

Diaspora