“Rusiyanı döyüş meydanında şirin sözlərlə dayandırmaq olmaz”.
Qaziler.az “Delfi.lt” nəşrinə istinadla xəbər verir ki, bu fikirləri Litva prezidenti Qitanas Nauseda deyib. Onun sözlərinə görə, bunu ancaq zorla etmək olar.
“Krivoy Roq, Xarkov, Sumı, indi isə Kiyev alovlanır. Rusiyanı şirin sözlərlə dayandırmaq olmaz, yalnız güclə...” – Litva lideri vurğulayıb.
Nauseda qeyd edib ki, Litva nə olursa olsun, Ukraynaya dəstəyini davam etdirir. Eyni zamanda, respublika bu yaxınlarda “Rusiyadan qorunmaq üçün” istifadə olunan Suvalskiy dəhlizini gücləndirmək qərarına gəlib.
QAZİLER.AZ