Konqo Demokratik Respublikasının (DR Konqo) şərqində, M23 hərəkatı üsyançılarının nəzarətində olan Cənubi Kivu əyalətindəki Luhihi mədəninin çökməsi nəticəsində azı 10 nəfər həlak olub.
Qaziler.az bildirir ki, bu barədə aprelin 24-də "Reuters" agentliyi məlumat yayıb.
“Qızıl mədəninin çökməsi nəticəsində azı 10 nəfər ölüb”, - nəşr yazır.
Agentlik M23 hərəkatı tərəfindən təyin edilmiş qubernator Duqlas Dunia Masumbukoya istinadla bildirib ki, yaralıların sayı nəzərə alınmaqla ölənlərin sayı arta bilər. Onun fikrincə, fəlakətin səbəbi “qızıl mədənlərinin nəzarətsiz tikintisi və keyfiyyətsiz saxlanılması” ola bilər.
QAZİLER,AZ