Ölkə "dişinə qədər silahlanmalıdır".
Niderland kralı Villem-Aleksandr deyib ki, ölkə sülh və təhlükəsizlik şəraitində yaşamaq üçün “dişinə qədər silahlanmalıdır”.
Qaziler.az bildirir ki, bu barədə aprelin 24-də “Algemeen Dagblad” qəzeti məlumat yayıb.
"Biz həqiqətən də sülh və təhlükəsizlik içində yaşamağa davam etmək üçün özümüzü hazırlaşmalı və silahlandırmalıyıq", -Villem-Aleksandr deyib.
Qeyd edək ki, ötən gün Hollandiya parlamentinin spikeri Martin Bosma Fransa səfiri Fransua Alabrune ilə şam yeməyi zamanı Belçika ərazisinin iki ölkə arasında bölünməsini təklif edib. Belçika hələlik bəyanata cavab verməyib.
QAZİLER.AZ