Rusiya ilə 11 illik müharibədə Ukrayna çoxlu ərazi itirib və onu geri qaytarmaq çox çətin olacaq. Bu xüsusilə Krıma aiddir.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib.
Jurnalistlərdən birinin Trampa sualı belə olub: o hələ də razılaşırmı ki, Ukrayna sülhə nail olmaq üçün bəzi əraziləri Rusiyaya verməlidir.
"Bu, hansı ərazinin olmasından asılıdır. Onlar döyüşüblər, çoxlu ərazi itiriblər. Biz də əldə edəcəyik, Ukrayna ilə işləyərək, əlimizdən gələni edəcəyik. Biz nəyi bacarırıqsa edəcəyik. Amma onlar çoxlu ərazi itiriblər", - Amerika prezidenti cavab verib.
QAZİLER.AZ