Rusiya prezidenti Vladimir Putin Ağ Evi dinləyəcək və Ukraynanın hərbi obyektlərinə yeni zərbələr endirməyəcək. ABŞ prezidenti Donald Tramp hesab edir.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə amerikalı liderə Norveçin baş naziri Conas Qahr Store ilə görüşü zamanı sual verilib.
Tramp artıq Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə edilən hücumlardan narazılığını bildirib, vəziyyəti sülh yolu ilə həll etməyə çağırıb. Bunu nəzərə alaraq, ABŞ prezidenti Putinin bu cür zərbələri qadağan edən sərəncam verəcəyinə ümid etdiyini bildirib.
"Gəlin sülh sazişi bağlayaq", - deyə Ağ Ev rəhbəri yekunlaşdırıb.
QAZİLER.AZ