Rusiya səfirliyi Böyük Britaniyanın yeni sanksiyalarını mənasız hesab edir

Rusiya səfirliyi Böyük Britaniyanın yeni sanksiyalarını mənasız hesab edir backend

Böyük Britaniyanın Rusiyaya texnologiya və proqram təminatının ötürülməsinə qarşı sanksiyaları, eləcə də bir sıra mallara məhdudiyyətlər qoyması mənasız və düşməncəsinə jestdir.

Qaziler.az bildirir ki, bu barədə aprelin 24-də Rusiyanın Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.

“Belə bir jest Kiyevin təqsiri üzündən bir gün əvvəl pozulmuş Ukrayna ətrafında nizamlanma üzrə məsləhətləşmələrin London raundu üçün yerli qurumlara psixoloji təzminat kimi xidmət etmək niyyətindədir”, - diplomatik missiyanın şərhində vurğulanır.

Səfirlik əlavə edib ki, yeni məhdudiyyətlər Rusiyaya heç bir təsir göstərməyəcək: onlar iqtisadiyyata zərər verməyəcək və "xüsusi hərbi əməliyyatın" (Ukraynadakı müharibə-red.) məqsədlərinə nail olunmasına mane olmayacaq.

QAZİLER.AZ

Diaspora