Rusiyada dəyəri 50 milyon dollar olan Su-30SM təyyarəsi məhv edilib - Kəşfiyyat İdarəsi

Rusiyada dəyəri 50 milyon dollar olan Su-30SM təyyarəsi məhv edilib -  Kəşfiyyat İdarəsi backend

Rusiyada Su-30SM çoxməqsədli qırıcısı Rostovun mərkəzi aerodromunda alovlanıb və yanıb. Məhv edilmiş təyyarənin təxmini dəyəri 50 milyon dollardır.

Qaziler.az bildirir ki, bu barədə  Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Teleqramında bildirilib.

“Rusiyada cinayətkar Putin rejiminə qarşı növbəti müqavimət aktı – Rostovun mərkəzi aerodromunun ərazisində  Su-30SM-nin  çoxməqsədli döyüş təyyarəsi alovlanıb və yanıb”, - deyə Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Kəşfiyyat, məhv edilən düşmən təyyarəsinin təxmini dəyərinin 50 milyon dollar olduğunu qeyd edib.

QAZİLER.AZ

Diaspora