Hindistan hakimiyyətinin Pakistan vətəndaşlarına verdiyi vizalar aprelin 27-də başa çatacaq. Tibbi səbəblərə görə ölkədə qalmaq üçün verilən icazələrin müddəti 29-da başa çatacaq.
Qaziler.az “360.ru”ya istinadla xəbər verir ki, bu əmri Hindistanın Xarici İşlər Nazirliyi verib.
Departament qonşu dövlətin sakinlərini müəyyən edilmiş müddət bitmədən evlərinə qayıtmağa çağırıb. Yeni vizaların verilməsi isə qeyri-müəyyən müddətə dayandırılıb.
Xarici İşlər Nazirliyi həmçinin öz vətəndaşlarını Pakistana səfərdən çəkinməyə, hazırda xaricdə olanları isə təcili olaraq vətənə qayıtmağa çağırıb.
NDTV xəbər verir ki, qərar Kəşmirdəki hücum ilə əlaqədar hökumətin təhlükəsizlik komitəsinin iclasından sonra qəbul edilib. Digər tədbirlərə iki qonşu ölkə arasında qarşılıqlı naviqasiyaya imkan verən Hind Suları Müqaviləsi icrasının dayandırılması daxildir.
Hindistan həmçinin Pakistanın Yeni Dehlidəki Hərbi Komissarlığının ofisindəki müdafiə, dəniz və hava məsələləri üzrə müşavirlərini personae non-qrata elan edib və İslamabaddakı ofisini geri çağırıb.
Buna cavab olaraq Pakistan hakimiyyəti bütün Hindistan aviaşirkətləri üçün hava məkanının bağlandığını, hindlilər üçün vizaların və mövcud icazələrin dayandırıldığını elan edib.
Qeyd edək ki, aprelin 22-də bir qrup terrorçu Hindistanın şimalında, Cammu və Kəşmir əyalətində turistləri güllələyib. Hücum nəticəsində 27 nəfər həlak olub, daha 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hindistan hakimiyyəti hadisə ilə əlaqədar Pakistanın dəstəklədiyi qruplaşmanı günahlandırıb.
QAZİLER.AZ