Lukaşenko Papanın vida mərasimində iştirak etməyəcək

Lukaşenko Papanın vida mərasimində iştirak etməyəcək backend

Belarus parlamentinin aşağı palatasının sədri İqor Serqienko Papa Fransisklə vida mərasimində iştirak etmək üçün Vatikana gedəcək.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.

O, həmçinin bildirib ki, Belarus nümayəndə heyətinin tərkibinə Müqəddəs Taxt-tacdakı səfir və İtaliyadakı müvəqqəti işlər vəkili daxildir.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də, 89 yaşında vəfat edib. Vatikan tezliklə boş qalan taxta namizəd üçün seçkilərə başlayacaq.

QAZİLER.AZ

Diaspora