Pakistan hava məkanını Hindistan üçün BAĞLADI

Pakistan hava məkanını Hindistan üçün BAĞLADI backend

Pakistan hava məkanını Hindistan üçün bağlamaq qərarına gəlib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, müvafiq qərar Pakistan Milli Təhlükəsizlik Şurasının iclasının yekunları üzrə qəbul edilib.

"Pakistanın hava məkanı bütün Hindistan və ya Hindistana məxsus aviaşirkətlər üçün dərhal bağlanacaq", - bəyanatda deyilir.

Pakistan həmçinin “Vaqax” keçid məntəqəsini bağlayır.

“News18” telekanalının məlumatına görə, aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində törədilən terror aktı nəticəsində azı 27 turistin öldüyü, atışma nəticəsində daha iyirmiyə yaxın turistin yaralandığı qeyd olunub. Jurnalistlərin məlumatına görə, Pahalqam şəhəri yaxınlığında silahlı terrorçular Baysaran vadisinə cığırla çıxan turistlərə avtomatlardan atəş açıblar.

QAZİLER.AZ

Diaspora