"Ukraynada dayanıqlı sülh yaxın aylarda olacaq" - Polşa prezidenti

"Ukraynada dayanıqlı sülh yaxın aylarda olacaq" - Polşa prezidenti backend

Ukrayna münaqişəsi ABŞ prezidenti Donald Trampın səyləri sayəsində “yaxın aylarda” sülh yolu ilə başa çata bilər.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.

“Ümid edirəm ki, yaxın bir neçə ay ərzində prezident Donald Trampın və ABŞ administrasiyasının səyləri sayəsində Ukraynadakı müharibə sülh yolu ilə başa çatacaq”, - o vurğulayıb.

Duda əlavə edib ki, o, böhranın həlli üçün sülh prosesi nəticəsində Ukraynada “dayanıqlı sülh” istəyir.

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirmişdi ki, Varşava Ukraynaya qoşun yeritmək istəyən NATO üzvü ölkələri dəstəkləyəcək, lakin özü bunu etməyəcək.

QAZİLER.AZ

Diaspora