Polşanın keçmiş baş naziri Leşek Miller Ukraynanı Krımı Rusiya kimi tanımağa razılaşmağa çağırıb.
Qaziler.az xəbər verir ki, o, “Radio Zet”in efirində ABŞ prezidenti Donald Trampın nəyin bahasına olursa-olsun qanın tökülməsinə son qoyulmasının vacibliyi ilə bağlı sözlərini dəstəkləyib. Miller həmçinin Varşavanı son ukraynalıya qədər döyüşməkdə israr etməyi dayandırmağa çağırıb.
“Mən hətta kövrək sülhün də qurulmasının tərəfdarıyam”, - o deyib.
Qeyd edək ki, bundan əvvəl Avropa rəsmiləri Tramp administrasiyasına xəbərdarlıq etmişdilər ki, Krımı Rusiya kimi tanımaq mümkün deyil.
QAZİLER.AZ