Ukrayna Trampın Kiyevi günahlandıracağından QORXUR

Ukrayna Trampın Kiyevi günahlandıracağından QORXUR backend

Ukrayna rəsmiləri qorxur ki, ABŞ prezidenti Donald Tramp Kiyevi sülh danışıqlarını pozmaqda və hərbi yardımı kəsməkdə günahlandıra bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.

“Ukrayna rəsmiləri Zelenskini bəyənmədiyini deyən Trampın danışıqların pozulmasında Kiyevi günahlandıra biləcəyindən və əlavə hərbi yardım göstərməkdən imtina edə biləcəyindən narahat olduqlarını bildiriblər”, - nəşr yazıb.

Aprelin 18-də Tramp etiraf edib ki, Vaşinqton Kiyevə hərbi dəstəyi dayandıra bilər. Eyni zamanda, Ağ Evin sahibi münaqişənin həlli şanslarını yaxşı adlandırıb.

QAZİLER.AZ

Diaspora