Vaşinqton rüsumlar üzrə tarifləri yalnız ikitərəfli əsasda azaltmağa hazırdır.
Qaziler.az xəbər verir ki, bunu CNBC Ağ Evin adının açıqlanmayan nümayəndəsinə istinadən xəbər verib.
Televiziya şirkətinin mənbəsinin sözlərinə görə, əgər Çin bu məsələdə maraqlıdırsa, oxşar addımı atmalıdır.
“Belə bir addım ikitərəfli olmalı, Çin də ticarət maneələrini azaltmalıdır”, - nəşr yazıb.
Bundan əvvəl Ağ Evin rəhbəri Donald Tramp ABŞ-nin Çindən gələn mallara tətbiq edilən gömrük rüsumlarını azaldacağını bildirmişdi. Bununla da tarif dərəcəsi heç bir halda sıfıra bərabər olmayacaq.
QAZİLER.AZ