Trampın xüsusi nümayəndəsi Uitkoff Rusiyaya uçub

Trampın xüsusi nümayəndəsi Uitkoff Rusiyaya uçub backend

Göyərtəsində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun olduğu “Gulfstream G650” təyyarəsi Parisdən Rusiyaya doğru havaya qalxıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Flightradar” servisi məlumat yayıb. Onun məlumatına görə, təyyarə hazırda Almaniya üzərində uçur.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinq zamanı Uitkoffun Rusiyaya səfər edəcəyini bildirmişdi. Onun sözlərinə görə, o, Rusiya lideri Vladimir Putinlə görüşlərini davam etdirəcək.

“The Wall Street Journal” da Stiv Uitkoffun Rusiyaya mümkün səfəri barədə məlumat yayıb. Jurnalistlərin fikrincə, Böyük Britaniyada Kiyev nümayəndələri ilə görüş başa çatdıqdan sonra Donald Trampın xüsusi nümayəndəsi yenidən Rusiyaya səfər edə bilər. Aprelin 23-də keçirilməsi planlaşdırılan danışıqlarda Vaşinqtonu ABŞ-nin dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Kit Kelloq da təmsil edəcək.

Ekspertlərin proqnozuna görə, Putinlə Uitkoffun üçüncü görüşü əvvəlkilərdən fərqli olacaq. Bu kommunikasiya tərəfləri Ukrayna münaqişəsinin həllində yekun nəticəyə yaxınlaşdıracaq.

QAZİLER.AZ

Diaspora