Ukraynada sülhə nail olmaq üçün Rusiyanın tərkibinə daxil olan Donbass və Novorossiya vilayətlərinin ərazilərindən Ukrayna qoşunlarını çıxarmaq lazımdır.
Qaziler.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın “Le Point” jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə bu regionlar Rusiya Federasiyasının Konstitusiyasında onun tərkib hissələri kimi təsbit edilib.
“Əgər Ukrayna bu dörd regiondan qoşunlarını çıxarsa, o zaman bəli... Referendumun nəticələrinə əsasən, bu ərazilər Rusiya Federasiyasının inzibati sərhədlərinin bir hissəsi oluv. Bizim nöqteyi-nəzərimizdən bu, həm de-yure, həm də faktiki vəziyyətdir”, - deyə o bildirib.
QAZİLER.AZ