ÜST rəhbəri kütləvi ixtisarların anonsunu verdi: "650 milyon dollara qədər kəsir yaranıb"

ÜST rəhbəri kütləvi ixtisarların anonsunu verdi: "650 milyon dollara qədər kəsir yaranıb" backend

ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə dəstəyini azaltması təşkilatın hesablarının mənfi balansa düşməsinə səbəb olub, indi ÜST proqramları dayandırmağa və işçiləri ixtisar etməyə məcburdur.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusa istinadən məlumat yayıb.

"Amerika Birləşmiş Ştatlarının 2024 və 2025-ci illər üçün müəyyən edilmiş üzvlük haqlarını ödəməkdən imtina etməsi və bəzi digər ölkələrin rəsmi inkişaf yardımlarını azaltması səbəbindən 2026-27-ci illər üçün əməkhaqqı fondunda 560 milyon dollardan 650 milyon dollara qədər kəsir yaranması təhlükəsi ilə üzləşirik", - Qebreyesus deyib.

Yanvarın 21-də Ağ Evin rəhbəri Donald Tramp ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması haqqında icra fərmanını imzalayıb və bu qərarı digər ölkələrlə müqayisədə qeyri-mütənasib yüksək üzvlük haqları ilə əsaslandırıb. Fevralın 3-də Vaşinqton beynəlxalq təşkilatların maliyyələşdirilməsinə əhəmiyyətli vəsait ayıran ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini faktiki olaraq dayandırıb.

Diaspora