Ağ Ev Uitkoffun bu həftə Rusiyaya səfərini təsdiqləyib

Ağ Ev Uitkoffun bu həftə Rusiyaya səfərini təsdiqləyib backend

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Rusiyaya səfər edəcək.

Qaziler.az bildirir ki, bu barədə aprelin 22-də Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

"Bu həftənin sonunda Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirmək üçün Rusiyaya gedəcək", - YouTube-da yayımlanan brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi və Trampın özü hesab edir ki, Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar düzgün istiqamətdə gedir.

QAZİLER.AZ

Diaspora