Kosovoda nümayişlər səngimir

Kosovoda nümayişlər səngimir backend

Kosovodakı müxalifət qruplaşmaları Serbiya və Monteneqro ilə son razılaşmaların əleyhinə nümayişlər keçirib. “Molotov kokteyli”ndən istifadə edən nümayişçilər yerli polisin müqavimətinə rast gəliblər. Toqquşmalar nəticəsində 7 nəfər ağır yaralanıb, 2 nəfər həbs olunub.

Kosovo Assambleyasının iclası zamanı binaya daxil olan nümayişçilər gözyaşardıcı və bibər qazlarından istifadə edərək iclasın işinə mane olublar. Belə ki, iclas təxirə salınıb və onun başqa yerdə keçirilməsi qərara alınıb.

Ölkə müxalifəti hakimiyyətin Monteneqro ilə sərhədin demarkasiyasına dair sənədin və burada yaşayan serb icmalarına daha çox səlahiyyət verəcək razılaşmanın ləğvini tələb edir.
Diaspora