Bilal Ərdoğan: "Putin dəyərli liderdir"

Bilal Ərdoğan:  "Putin dəyərli liderdir" backend

“Rusiya prezidenti Vladimir Putin xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutan dəyərli liderdir”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etno-idman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan TASS-a müsahibəsində deyib. O əlavə edib ki, İranda Rusiya prezidenti ilə şəxsən görüşüb.

“Bir dəfə İranda prezident Putinlə görüşdüm. Mən onda qətiyyətli lider, ölkəsinin və xalqının maraqlarını birinci yerə qoyan bir insan görürəm. Əsaslı və davamlı sülhə nail olmaq üçün bu çətin zamanlarda cənab Putinin nümayiş etdirdiyi liderliyə ehtiyac var”, - kiçik Ərdoğan deyib.

O əlavə edib ki, hazırda dünya çətin günlər yaşayır və onların öhdəsindən gələcəyinə ümidvar olduğunu bildirib. Bilal vurğulayıb ki, Türkiyə ətrafında dost dövlətlər arasında münaqişələrin olmasını istəməz, ona görə də Ankara Rusiya ilə Ukrayna arasında, eləcə də Fələstində sülhün əldə olunması üçün çox işlər görüb.

QAZİLER.AZ

Diaspora