Rusiya XİN NATO-ya xəbərdarlıq edib

Rusiya XİN NATO-ya xəbərdarlıq edib backend

"Moskva NATO-nun aqressiv istəkləri fonunda müdafiə qabiliyyətini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək".

Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko TASS-a bildirib. Onun sözlərinə görə, Rusiya silahlanma yarışına qarışmayacaq. Diplomat qeyd edib ki, Moskva üçün mövcud olan resurslar kifayət qədər genişdir.

“Artıq bir çox qərarlar elan olunub və icra olunur. Xüsusilə, söhbət kareliya tank korpusunun yaradılmasından, iki hərbi dairənin - Leninqrad Hərbi Dairəsinin, Moskva Hərbi Dairəsinin yaradılmasından gedir”, - agentliyin həmsöhbəti paylaşıb.

Qruşko vəziyyətin təkamülünü yaxından izləyəcəyini və lazım gələrsə, Rusiya Federasiyasının zəruri hesab etdiyi digər qərarları qəbul edib həyata keçirəcəyini vəd edib. Xarici işlər nazirinin müavini əlavə edib ki, NATO-nun düşmənçilik siyasəti təcavüzkar hərbi planlaşdırmaya əsaslanır. Qruşko əmindir ki, Rusiya hakimiyyəti öz müdafiə fəaliyyətlərində bunu nəzərə almağa məcburdur.

QAZİLER.AZ

Diaspora