İsveçrə Rusiya KİV-lərinə qarşı sanksiyalar siyahısını səkkiz bənd əlavə etməklə genişləndirib.
Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bu haqda İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) mətbuat xidməti məlumat yayıb. Məhdudiyyətlər Aİ ölkələrinin məhdudiyyətlərinə uyğun olaraq və eyni KİV-lərə münasibətdə tətbiq edilib.
İndi sanksiya siyahısına “Lenta.ru” onlayn nəşri, “Zvezda” telekanalı, “Krasnaya Zvezda” qəzeti, həmçinin “Eurasia Daily”, “News Front”, “SouthFront”, “Rubaltic.ru” və “Strateji Mədəniyyət Fondu” portalları daxildir. Sanksiyalar aprelin 23-dən qüvvəyə minəcək.
Fevralın 24-də Aİ Rusiyaya qarşı 16-cı iqtisadi və fərdi sanksiyalar paketini elan edib. Digər məsələlərlə yanaşı, yeni sanksiyalar Avropa İttifaqında bir sıra KİV-lərin fəaliyyəti üçün lisenziyaların dayandırılmasını nəzərdə tutur. Bunlara yuxarıda sadalanan eyni təşkilatlar daxildir.
QAZİLER.AZ