Birləşmiş Ərəb Əmirliklərində bir neçə çimərlik neft sızması səbəbindən bağlanıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası bildirib. ATOR-un məlumatına görə, söhbət Fuceyrə və Şarja əmirliklərindəki istirahət mərkəzlərindən gedir.
“BƏƏ-nin Oman körfəzi sahillərində (Füceyrə və Şarja əmirliklərində) bir neçə çimərlik neft sızması səbəbindən bağlı qalıb. Bir gün əvvəl məlum olub ki, üzmək qadağası Şarja əmirliyindəki Kalba çimərliyinə də aid edilib”, - xəbərdə qeyd edilib.
Qeyd olunur ki, yerli hakimiyyət orqanları artıq ərazinin təmizlənməsinə başlayıb və bu arada bir sıra sahil otellərinin qonaqları üçün alternativ olaraq digər çimərliklərə pulsuz transferlər mövcuddur.
QAZİLER.AZ