Avropa İttifaqı (Aİ) ölkələri Kiyevə dəstəyi əngəlləmək cəhdlərindən sonra Macarıstanı səsvermə hüququndan məhrum etmək imkanını nəzərdən keçirirlər.
Bu barədə Britaniya qəzeti “The Guardian” yazıb.
Bundan əvvəl rəsmi Budapeştin Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı referendum keçirmək qərarına gəldiyi məlum olmuşdu. Səsvermə bülletenlərində “Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyirsinizmi?” sualı qoyulur.
Müvafiq plakatlar bütün ölkə boyu asılıb. “Onlara bizim əvəzimizə qərar verməyə imkan verməyək”, – Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa Parlamentində Avropa Xalq Partiyasının lideri Manfred Veberin təsvir olunduğu şüarda belə deyilib.