Pentaqon rəhbəri vəzifəsini itirə bilər - Yerinə adam axtarılır

Pentaqon rəhbəri vəzifəsini itirə bilər - Yerinə adam axtarılır backend

ABŞ prezidenti Donald Tramp administrasiyası müdafiə naziri Pit Heqsetin yerinə namizəd axtarışına başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə NPR rəsmi mənbəyə istinadən məlumat yayıb.

Lakin Ağ Evin mətbuat katibi Caroline Leavitt bu məlumatı təkzib edib.

“İctimaiyyət qarşısında çıxış etmək səlahiyyəti olmayan ABŞ rəsmisinə görə Ağ Ev yeni müdafiə naziri axtarışına başlayıb”, - nəşr bildirib.

Heqset həyat yoldaşı və qardaşı ilə qrup söhbətinə Yəmənə endirilən zərbələrlə bağlı məxfi məlumatları göndərdikdən sonra diqqət mərkəzinə düşüb. “Signal” messencerindəki yazışmalar məmurun özü, onun iki qohumu, şəxsi və peşəkar çevrəsindən olan əməkdaşları tərəfindən yaradılıb.

QAZİLER.AZ

Diaspora