“Dünya proletariatının lideri Vladimir Leninin atasından miras qalma qan damarları ilə bağlı problemləri olub”.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman NEWS.ru-ya açıqlamasında deyib.
Onun fikrincə, Leninin ölümündəki səbəb kimi göstərilən beyin qanamasına məhz bu problemlər səbəb olub.
Leninin atası da beyin qanamasından dünyasını dəyişib. Yaxud, həmin dövrdə apoplektik insultdan deyirdilər. Təəssüf ki, Leninin damar zəifliyi də irsi olub”, - deputat qeyd edib.
Vasserman, Leninin ölüm səbəbinin neyrosifilis olduğu versiyasının haradan gəldiyini də izah edib. Onun fikrincə, bu, Leninin müalicə üsullarına əsaslanır: həkimlərin yazdıqları materiallara görə, inqilabçıya həqiqətən də bu xəstəliyə qarşı dərman verilib. Deputat o zaman belə dərmanların nisbətən zəif əks təsirlərə malik olduğunu və digər xəstəliklərin müalicəsində istifadə oluna biləcəyini vurğulayıb.
QAZİLER.AZ