Papanın dəfn olunacağı tarix məlum olub

Papanın dəfn olunacağı tarix məlum olub backend

Roma Papası Fransisk aprelin 25-dən 27-nə kimi cümə və bazar günləri arasında dəfn oluna bilər.

Qaziler.az bildirir ki, bu barədə ANSA Vatikana istinadən məlumat yayıb.

Dəqiq tarixi cari prosedurları müzakirə etmək üçün aprelin 22-də ardıcıl olaraq görüşəcək kardinallar müəyyən edəcək.

“Qaydalar dəfnin ölümdən sonra dördüncü və altıncı günlərdə keçirilməli olduğunu nəzərdə tutur”, - Vatikan nümayəndəsi aydınlıq gətirib.

Qeyd edək ki, Roma Papası aprelin 21-də səhər saatlarında 89 yaşında vəfat edib. Fransiskin ölümünə insult səbəb olduğu irəli sürülür. Lakin rəsmi versiya hələ açıqlanmayıb.

QAZİLER.AZ

Diaspora