Zelenski aprelin 23-də aparılacaq danışıqlarla bağlı paylaşım edib

Zelenski aprelin 23-də aparılacaq danışıqlarla bağlı paylaşım edib backend

“Aprelin 23-də Ukraynadakı vəziyyətlə bağlı danışıqlar Londonda keçiriləcək”.

Qaziler.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə telefon danışığından sonra “X” sosial şəbəkəsində açıqlayıb. O bildirib ki, Kiyev qeyd-şərtsiz atəşkəs əldə etməyə çalışacaq.

“Nümayəndələrimiz çərşənbə günü Londonda işləyəcəklər. Ukrayna, İngiltərə, Fransa, ABŞ...” - Zelenski yazıb.

Ukrayna nümayəndə heyətinə Zelenski ofisinin rəhbəri Andrey Yermak, onun müavini Pavel Palisa, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov daxil olacaq. Görüşün dəqiq yeri barədə məlumat verilmir.

QAZİLER.AZ

Diaspora