Oman sultanı Rusiyada 10 saziş imzalayacaq

Oman sultanı Rusiyada 10 saziş imzalayacaq backend

Oman sultanı Heysəm bin Tariq Əl-Səid Rusiyaya səfər edib.

Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Təyyarə Moskvanın "Vnukovo-2" hava limanına enib. Səfər Rusiya ilə Oman arasında diplomatik münasibətlərin qurulmasının 40 illiyinə həsr olunub.

Bundan əvvəl Kreml Rusiya prezidenti Vladimir Putinin Oman sultanı ilə danışıqlar aparmaq niyyətini açıqlamışdı.

Daha sonra məlum olub ki, Rusiya və Oman Əl-Səidin Moskvaya səfəri zamanı 10 saziş, o cümlədən viza tələblərindən qarşılıqlı imtina haqqında sənəd imzalayacaq.

QAZİLER.AZ

Diaspora